Həftəlik icmal #19
Bu həftə Azercell, Bakcell, ABB, mygov, SABAH.HUB, Bir Ecosystem, Migrationpro, GOFAR, OpenAI, Cursor, Meta, Apple və s şirkətlər haqqında məlumatları icmalda qeyd etmişəm.
Bu həftə yerli xəbərlər daha çox diqqətimi çəkib. Həm qlobal, həm də yerli texnologiya aləmində olan qeydlərimi oxuya bilərsiniz.
Yerli bazar üçün qeydlərim
Yenilənən mobil tariflər
Bu həftə ən çox müzakirə olunan məsələ mobil operatorlar - Azercell və Bakcell-in qiymətlərinin artımı və ya dəyişməsi ilə əlaqəli oldu. İlk əvvəl Azercell-in qiymət dəyişməsi ətrafında xeyli müzakirə getdi. Sonra Azercell tərəf bir qədər məsələni aydınlatsa da, nəhayətində görmək olur ki, şərtlər əvvəlkinə nisbətən mənfiyə doğru getdi. Qiyməti artırdım demək əvəzinə şərtləri ağırlaşdırmaq yoluna gediblər. Ardınca da bənzər dəyişiklik Bakcell-dən gəldi. Yəqin ki, Nar da yaxında karvana qoşular.
AI academy
AI academy üçün qeydiyyat başlamış və ilk imtahan da keçirilmişdi. İmtahan nəticələri də açıqlanıb. Deyilənə görə 2500 nəfər Süni İntellekt Akademiyasına müraciət edib.
AI Startup Challenge
ABB İnnovasiya Mərkəzi tərəfindən AI Startup Challenge Qeydiyyatına start verildi. Süni intellekt əsaslı, real problemləri həll edə bilən və sənayeləri dəyişə biləcək bir həll axtarışındadırlar.
🗓️ Qeydiyyat üçün son tarix: 28 iyun
📅 Tədbirin tarixi: 5 iyul
📍 Məkan: ADA Universiteti
Fimple Azərbaycanda
London mərkəzli https://fimple.co.uk/ Azərbaycan Fintex Assosiasiyasının üzvü olub. Adətən ölkə ərazisində xidmət təklif edən şirkətlər bu assosiasiyaya üzv olur. Bu da şirkətin Azərbaycan bazarında da xidmət verəcəyini güman etməyə əsas verir.
mygov-da yeniliklər
Artıq hərbi qeydiyyat, xidmət və çağırışla bağlı sənədlər artıq mygov-da görə bilərsiniz.
mygov-da “Məlumatlarım” bölməsindən “Hərbi məlumatlarım” bölməsinə daxil olun. Sizə aid olan məlumat növünü seçin (qeydiyyat, çağırış, möhlət və s.). Məlumatlarla tanış olun, PDF formatında yükləyin və ya rəqəmsal formada paylaşın.
digital.login-də passkey funksionallığı istifadəyə verilib!
Hesabınıza daxil olmaq üçün artıq parol yazmağa ehtiyac yoxdur. Barmaq izi, üz tanıma və ya cihazınızdakı təhlükəsizlik açarı ilə giriş mümkündür.
SABAH.HUB İyun 2025 tədbirləri.
SABAH.HUB aylıq müxtəlif tədbirlər keçirir. Bu ay da 3 tədbir nəzərdə tutublar.
Ən böyük tədbiri isə BAKU ID olacaq.
İRİA və Təl-Əviv Universiteti razılaşması
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə İsrailin qabaqcıl ali təhsil ocaqlarından biri olan Təl-Əviv Universiteti arasında mühüm strateji razılaşma əldə olunub. Bu əməkdaşlıq, xüsusilə kibertəhlükəsizlik və süni intellekt sahələrində elmi-tədqiqat və təhsil imkanlarının birgə inkişafını, innovasiya ekosistemləri üzrə bilik və texnologiya mübadiləsini hədəfləyir.
Bir Ecosystem Money2020 Europe tədbirində
Bir Ecosystem Money2020 tədbirində iştirak edib. Bu tədbir çərçivəsində də Sipay kimi şirkətlərlə əməkdaşlıq sazişləri imzalayıb.
Şirkətində stendində isə xüsusi diqqət çəkən ekosistemin markaları olub. Birmarket, birbonus markaları da ekosistemin digər məhsulları ilə yan-yana yazılıb. Deyilənə görə isə, bu gələcək dəyişikliyin anonsudur:
BirMarket: Əvvəlki Umico e-ticarət platformasının yeni adı olacaq.
Bir Bonus: Umico Cashback sisteminin yerini alacaq vahid loyallıq proqramı.
Bir ID: Bütün xidmətlərə bir hesabla giriş imkanı verən identifikasiya sistemi.
Bir Pay: Yeni ödəniş və kredit platforması.
Migrationpro Shopify Plus stores-da
Azərbaycan əsaslı Migrationpro e-commerce platformları arasında database miqrasiyası üçün nəzərdə tutulan alətdir. Öz elektron mağazasının CMS-ni dəyişmək istəyənlərə xidmət göstərir. Shopify üçün də xidmət verən platforma daha böyük e-mağazalar üçün həll təklif edən Shopify Plus stores-a da xidmət vermək haqqı qazanıb.
GOFAR investisiya aldı.
Elektrikli maşınlar üçün batareya yığma həlli təqdim edən gofar.az şirkəti, Caucasus Ventures-dan investisiya alıb.
Yeni xidmətlər:
Bu həftə də iki yeni xidmət ilə rastlaşmışam;
Yumo: Avtomobil yuma və deteylinq mərkəzlərini bir tətbiqdə birləşdirir. Özünüzə ən yaxın olanı görmək və müxtəlif xidmətlərdən yararlanmaq olur.
Fayton: Şəhərlərarası rahat səyahət etmək və ya bağlama göndərmək üçün nəzərdə tutulmuş xidmətdir. Bir növ Uber, Yango, Bolt-un şəhərlərarası alternativi. İndiyə qədər bir neçə belə cəhd olduğuna şahid olmuşam. Ümid edirəm bu dəfə uğurlu olar.
Süni İntellekt və Texnologiya
ChatGPT file-lardan məlumat götürə bilir.
ChatGPT artıq Google Drive, Dropbox, OneDrive, Box və SharePoint kimi cloud xidmətləri ilə əlaqə qura bilir. Bu yeni korporativ xidmətdir. İnsanlar öz file-larını paylaşaraq birbaşa bu file-lardan məlumat soruşa biləcəklər.
Cursor 900 milyon dollar investisiya aldı
Cursor-un sahibi Anysphere 900 milyon dollar investisiya alır. Beləliklə şirkət dəyəri 9,9 milyard dollar olur. Cursor S.İ. əsaslı kod editorudur.
Giriş səviyyəsindəki işləri S.İ. alacaq
Ekonomistdə belə bir məqalə çıxıb. Anthropic CEO-u bu haqda danışır. Dediyinə görə önümüzdəki 5 il içində giriş səviyyədəki işlər S.İ. ilə əvəzlənəcək. Əlbəttə bu bi ehtimaldır. Ancaq ağıla batan ehtimaldır. Bir növ köməkçiləri ortadan çıxarır və təcrübəli işçilərə yardımçı olur.
Belə maraqlı bir xəbərlə də qarşılaşdım ki, Avstraliyada 6 aydır açıq olan radionun bütün əməkdaşları S.İ. alətləri imiş.
WhatsApp istifadəçi adları
Whatsappda biri ilə əlaqə qurmaq üçün nömrəsini bilmək vacib idi. Telegramda isə istifadəçi adı ilə də bu mümkündür. Deyilənə görə Whatsappda da bu mümkün olacaq.
Meta Aria Gen 2 eynəkləri
Meta AR eynəkləri üçün açıqlama edib. Bu dəfəki məhsul daha çox araşdırma ilə məşğul olanlar üçün nəzərdə tutulub.
Apple Design Awards 2025
Mükafat qazananlar açıqlanıb. CapWords, Balatro, Play, və s. tətbiqlər mükafatçılqar arasındadır.
İzlədiklərim, dinlədiklərim
Bu həftə dinlədiklərim arasında e2vc-dən Enis Hulli-nin reportajı var.
İkindi baxdığım video isə Barış Özcanın OpeanAI-ın satınalmasını şərh etməsi oldu. Jony Ive & Sam Altman-ın güclərini birləşdirməsi haqqında idi.
Texnologiyadan kənar
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz: