Həftəlik icmal #23
Bu həftə Birmarket (Umico), myGov, Trendyol, Sabah.HUB, Clopos, Code Academy, Google, Meta, Microsoft, OpenAI və s şirkətlər haqqında məlumatlar icmalda yer alıb.
23-cü həftə də, ənənəyə sadiq qalıb, oxuduqlarım, izlədiklərim, seyr etdiklərim haqqında qeydləri bir araya yığmışam.
Yerli bazar üçün qeydlərim
Umico - Birmarket
Bu həftənin ən böyük yeniliyi Umico-nun rebranding edərək Birmarket olmasıdır #2 #3. Daha əvvəlki qeydlərimdə bunun olacağı ehtimalını yazmışdım. Artıq proses reallaşdı.
myGov yenilikləri:
Diplomların mygov-da tanınması.
1.6 milyondan çox diplom və FİN məlumatı analiz olunub, nəticədə ETN-də məlumatların keyfiyyəti 90%-ə çatdırılıb
QR kod ilə daxil olmaq
myGov platformasına daxil olmaq üçün Whatsapp-da olduğu kimi, QR kod-u telefondan oxudaraq da daxil olmaq mümkündür.
Kənd təsərrüfatında S.İ.
Nazirliyin AI komandası tərəfindən yaradılmış model hazırda unlu şeh, alma qaraləkəsi, alma meyvəyeyəni, şərq meyvəyeyəni, pambıq sofkası kimi risklərlə bağlı ən azı 3 gün əvvəldən xəbər verə bilir. Modelin sahə sınaqlarında 100 faizə yaxın dəqiqlik əldə olunub.
Sneekyapp
Sneekyapp.com vizual ayaqqabı tövsiyə alətidir. Ayaqqabının şəklini yükləyirsiniz və ya seçimlərə baxaraq seçirsiniz — Sneeky bütün brand-lər üzrə sizə ona bənzər modelləri göstərir.
www.popxeber.az - Gündəlik musiqili xəbərlər platformasıdır. Burada xəbərləri oxumaq yox, dinləmək mümkündür. S.İ. ilə ciddi olub olmamasından asılı olmayaraq xəbərləri musiqili formaya çevirib təqdim edir.
Startup Wise Guys
Bakıda təşkil olunan Startup Wise Guys Azərbaycan SaaS & Fintech Akselerasiya Proqramının Demo Günü 12 startapın uğurlu iştirakı ilə yekunlaşdı! Ən uğurlu 3 startapına SWG tərəfindən 50 000 avroya qədər investisiya edilməsi nəzərdə tutulub.
Karqo şirkətlərində Trendyol məntəqə seçimi problemi
Ötən həftə baş verənlərdən biri də Trendyoldan birbaşa sifariş zamanı bəzi karqo şirkətlərinin müəyyən məntəqələrinin siyahıda görünməməsi idi. Hər biri də bu haqda məlumat paylaşmışdı. Belə güman edirəm ki, bu karqo şirkətləri Bir Ecosystem vasitəsi ilə Trendyola qoşulmuşdular. Umico rebranding etdikdən sonra API URL-lərdə baş vermiş hansısa dəyişiklik bu problemin yaşanmasına səbəb ola bilər.




Vahid qiymətləndirmə mexanizmi
Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq.
SABAH.HUB iyul 2025 təqvimi
SABAH.HUB fərqli mövzularda keçiriləcək tədbirlərin cədvəlini elan edib.
“Clopos” komandasının müsahibəsi
Murad Həsənov, Əli Quliyev və Kamran Eyubov-un müsahibəsini oxudum.
Trendyol Azərbaycan nizamnamə kapitalını artırdı
Şirkətin kapitalı 200 000 manatdan 93 229 177.5 manata qaldırılıb.
CODE8 Hackathonu
Code Academy tərkibində keçirilən Hackathonda “Baku State University”, “Azerbaijan Technical University” və “Azerbaijan University of Architecture and Construction” tələbələri iştirak edib.
Selfbar
Selfbar nöqtələrindən mobil tətbiq vasitəsi ilə yeməkdən əlavə kofe də ala biləcəklərmiş. Doğrusu mən bu micromarketin olduğunu da yeni öyrəndim. Amma maraqlı xidmət kimi göründü.
Süni İntellekt və Texnologiya
Meta
Superintelligence Labs
Meta, S.İ. komandalarını Meta Superintelligence Labs çətiri altında topladı.
Whatsapp Business səsli zəng
Biznes hesablar üçün S.İ. əsaslı agentlər vasitəsi ilə səsli mesajlar qəbul edib göndərə biləcək. Eyni zamanda zəngləri də qəbul edə biləcək.
Söhbət başladan S.İ. botları
Meta, Whatsapp, Messenger və Instagramda söhbət başlada bilən S.İ. botlarını test edir.
OpenAI və Oracle arasında 30 milyard $ razılaşma
OpenAI, Oracle ilə razılaşma edərək 400.000 ədəd Nvidia GB200 çip əldə edəcək. Müddət 1 illikdir.
Apple Siri üçün OpenAI və Anthropic
Apple “LLM Siri” S.İ. modeli üzərində işləyir. Ancaq buna baxmayaraq işlərin sürətli olmağı üçün OpenAI və Anthropic dəstək almağa qərar verib.
Amazon DeepFleet
Amazon-un verdiyi məlumata görə, DeepFleet, şirkətin depolarda çalışan robotlarını daha məhsuldar işləməsinə yardım edəcək. Model, sayı 1 milyona çatan robotlarının sürətini ən az 10% artıracaq.
Perplexity Max
S.İ. əsaslı axtarış motoru Perplexity “Max” adlı 200 dollarlıq planını elan edib. Perplexity Max üzvləri, OpenAI və Anthropic kimi partnyorların ən son modellərini istifadə etmə imkanına sahib olacaqlar.
Veo 3 Avropada
Google-un video modeli Veo 3, Hindistan, İndoneziya və Avropadakı bütün Gemini Pro üzvləri tərəfindən istifadə edilə biləcək.
xAI-a 10 milyard $
Morgan Stanley-in açıqlamasına görə xAI borc və daxili sərmayə yolu ilə 10 milyard dollar investisiya alıb.
Grammarly Superhumanı aldı
Grammarly S.İ. ilə produktivlik alətlərinə fokuslanmağı hədəfləyir. Buna görə də, e-mail tətbiqi Superhumanı satın aldı.
MuseStreamer
Baidu şəkillərdən 10 saniyəlik videolar hazırlayan S.İ. modeli MuseStreamer-i tanıdıb.
Figma birjaya hazırlaşır.
New York birjasında “FIG” kodu ilə alqı-satqı üçün hazırlıq görürlər. Bu IPO prosesi nəticəsində 1.5 milyard dollar gəlir əldə etməyi hədəfləyirlər.
Microsoft 9k işçi çıxarır
Microsoft 9000 nəfər işçini çıxarmaq qərarına gəlib. Daha əvvəl də 6000 işçi çıxarmışdı. Ekspertlərin dediyinə görə, Microsoft S.İ. əsaslı daxili komandaların təşkili üçün öz işləmə formasını dəyişdirmək məqsədi ilə bu işdən çıxarmaları həyata keçirir.
TikTok kanalları
Instagramda olan, yaradıcıların kanallar açaraq istifadəçilərinə müxtəlif məlumatlar paylaşdığına bənzər bir xüsusiyyəti TikTok da yoxlamağa başlayıb.
İzlədiklərim, dinlədiklərim
İlk video S.İ.-in məzmun əsaslı saytları bir növ sıradan çıxarıb, reklam gəlirlərini yox etməsi ilə bağlıdır:
Texnologiyadan kənar
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz: