Həftəlik icmal #44
44-cü həftə icmalında SABAH.fund, mygov, Asan İmza, Azercell, SİMA, Bolt, OpenAI, Google, Meta və s. kimi məlumatlar, podcastlar və s. qeydlər yer alıb
Yerli bazar üçün qeydlərim
SABAH.fund 1 milyon dollarlıq investisiyaya liderlik edib
S.İ. əsaslı işə qəbul platformu Helio AI 1 milyon dollar investisiya alıb. Bu tura SABAH.fund liderlik edib, onları DOMiNO Ventures, Tetrad VC , Axiom və angel investor Bas Godska izləyib. Helio AI gürcülər tərəfindən hazırlanmış, ABŞ əsaslı məhsuldur.
Qadağan edilən məzmunların dairəsi genişləndirilir
Azərbaycanda internet resurslarında yerləşdirilməsi qadağan edilən informasiyaların siyahısı daha da artırılır. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
mygov 2 milyon
mygov sürətlə böyüyür. 1 milyon istifadəçi 2025-ci ildə qoşulub. Bu da xidmət əhatəsinin genişləməsi ilə əlaqədardır.
2025-ci ilin oktyabr ayında mygov-dan istifadə statistikasını yayımlayıblar:



“Asan İmza” indi “Azercell” tətbiqində
Azercell, Asan İmza ilə bağlı vacib məlumatları öz mobil tətbiqinə inteqrasiya edib.
Azər Əliyevin “SpeakinPrivate” startapının hekayəsi
Oxuduğum məqalələrdən biri “SpeakinPrivate” haqqında oldu.
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.
Bolt robotaksi xidməti üçün “Pony.ai” startapı ilə əməkdaşlığa başlayıb
Boltun Azərbaycanda da aktiv fəaliyyətinə görə bu başlıq altında yazıram. Əgər Avropada buna başlasa, Azərbaycana da gəlmək ehtimalı var.
“Bolt” regiona robotaksiləri gətirmək məqsədilə dünyanın qabaqcıl avtonom sürücülük şirkətlərindən biri olan “Pony.ai” ilə rəsmi tərəfdaşlığa başlayıb. “Pony.ai” hazırda insan təhlükəsizlik sürücülərinə ehtiyac duymadan gündəlik minlərlə səfər həyata keçirən qlobal liderlərdən biri hesab olunur.
Bulutklinik Azərbaycan bazarında
Linkedində belə bir paylaşım gördüm. Eyni zamanda oktyabr ayında Azərbaycan üçün “Country Manager” təyin edildiyini də müşahidə etdim. Klinikaların idarə edilməsi üzrə ixtisaslaşan bulutklinik üçün, Azərbaycan bazarına açıldığını demək mümkündür.
World Telecom — Meteor!
Elektronika satışı üzrə zəncir mağazalardan biri olan World Telecom rebranding edərək Meteor adını alır.
Texnologiya və Süni İntellekt
OpenAI
Jony Ive və Sam Altman prototipi hazırlayıblar
Sam Altman iştirak etdiyi bir proqramda fiziki cihaz olaraq ilk prototipin hazır olduğunu və təqribi 2 il ərzində ümumi istehsala tam hazır olacağını deyib.
Səs və mətn funksiyası birləşir
Səs ilə ünsiyyət üçün mode dəyişmədən istifadə etmək mümkün olacaq.
Məlumatları saxlamaq yerini seçmək mümkün olacaq
API istifadə zamanı ChatGPT-nin Enterprise və Edu istifadəçiləri məlumatlarını Europe, the United Kingdom, the United States, Canada, Japan, South Korea, Singapore, India, Australia, və United Arab Emirates kimi ölkələrdə saxlaya bilər. Bu regionlar genişlənəcək.
220 milyon istifadəçi
2030-cu ilə qədər, ödənişli istifadəçi üçün hədəf 220 milyon.
Shopping Research
Bu alış-veriş üçün lazımı araşdırmanı edən köməkçidir.
İstifadəçi məlumatları oğurlandı
OpenAI istifadə elədiyi məlumat analizi platformu Mixpanel vasitəsi ilə istifadəçi məlumatlarının oğurlandığını deyirlər. Oğurlanan məlumatlar arasında daha çox ad , soyad, email kimi təməl məlumatlar var. Söhbət arxivləri, API key, parollar kimi daha həssas məlumatlar oğurlananlar arasında deyil.
Google
Gemini “Android Auto”da
Gemini Google Assistant əvəzinə istifadəyə verilib.
Gemini 3 Pro və Nano Banana Pro-da limitləmə
Google-un yeni S.İ. məhsullarına tələbat o qədər çox olub ki, müvəqqəti limitlər tətbiq ediləcək.
Meta
Meta TPU seçir
Meta-nın 2027-ci ildən etibarən Google-un TPU çiplərindən istifadə etməyi nəzərdən keçirir.
Ağıllı eynəklər üçün barter
Eynəklərin daha tez yenilənməsi üçün barter nəzərdə tuturlar. Köhnə eynəyi yenisi ilə əvəzləmək imkanı təqdim olunur.
Digər
Claude yeni modeli Opus 4.5
Həm təhlükəsizlik, həm bacarıq baxımından ən inkişaf etmiş modeldir.
Apple Samsungu keçdi
iPhone 17-nin satışlarından sonra Apple dünyanın ən böyük telefon istehsalçısı ünvanını Samsungdan alıb.
Amazon Leo Ultra
Dünyanın ən sürətli peyk interneti olaraq təqdim edilib.
Microsoft Fara-7B
Noutbuklardan da istifadə edilə biləcək kompakt dil modeli istifadəyə verib.
Tencent Hunyuan
HunyuanOCR adlı model ilə sənədlərlə işləməyə imkan verir.
HP 4-6 min işçi çıxarır
HP S.İ. əsaslı yenidənqurma üçün işçi çıxarır.
Perplexity ilə alış-veriş
Söhbət edərək alış-veriş imkanı yaradan bir xüsusiyyət istifadəyə verilib.
Suno və Warner Music Group razılaşıb
Qrupa aid musiqi lisenziyalarını doğru istifadə etmək üçün razılaşma əldə edilib.
Project Prometheus “General Agents”ı aldı
S.İ. əsaslı şirkət olan General Agents satın alınandan sonra co-founderlər də Project Prometheus-a qatılıb.
Amazon 50 milyard invest
Hökumət buludu (ABŞ-da) və superkompüter üçün bu investisiya istifadə ediləcək.
İnvestisiyalar
X-energy 700 milyon dollar aldı. (Nuclear)
Harmonic 120 milyon dollar aldı. Dəyəri 1.45 milyard dollar oldu. (AI)
Model ML 75 milyon dollar aldı. (AI)
Agnikul Cosmos 17 milyon dollar aldı. Dəyəri 500 milyon dollar oldu. (Space)
EcoG 16 milyon euro aldı. (EV)
Momentic 15 milyon dollar aldı. (AI)
CoPlane 14 milyon dollar aldı. (AI)
İzlədiklərim, dinlədiklərim
Tech.az-ın bu dəfəki qonağı Dosty-dən Ayaz Əhmədov idi. Çox bəyəndiyim bölümlərdən biri oldu.
Texnologiyadan kənar
Hər nə qədər texnologiyadan kənar başlığında qeyd eləsəm də, S.İ. ilə bağlantılı videolardır və fərqli perspektivlərdən baxılır.
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:


