Yerli bazar üçün qeydlərim
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.
INMerge Ventures MagicPort-a investisiya etdi
Magicport dənizçilik üçün ağıllı həllər təklif edən platformadır. Azərbaycanlı qurucusu olan Magicport Sinqapur mərkəzlidir.
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.
“AzerTelecom” və “DE-CIX” strateji tərəfdaşlığa başlayır.
Regionun ən böyük beynəlxalq magistral operatoru “AzerTelecom” internet mübadiləsi (IX) mərkəzlərinin yaradılması üzrə dünyanın aparıcı şirkəti olan “DE-CIX” ilə strateji tərəfdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində Azərbaycanda yerli və beynəlxalq internet operatorları arasında birbaşa və sürətli trafik mübadiləsini təmin edəcək “AZE-IX” (Azerbaijan Internet Exchange) internet mübadiləsi mərkəzi istifadəyə verilir.
SABAH.HUB və Xsolla arasında ikitərəfli memorandum imzalanıb
Birgə əməkdaşlığın məqsədi tələbələri, sahibkarları, investorları və qlobal texnologiya liderlərini bir araya gətirmək, Azərbaycanın oyun sənayesi, texnologiya və innovasiya sahələrində regionun aparıcı mərkəzlərindən birinə çevrilməsinə töhfə verməkdir.
Azərbaycanın digital market rəqəmləri
Linkedin qarşıma bir hesabat çıxdı. DataReportal-ın rəqəmləri əsasında hazırlanmış bir infoqrafika:
Azərbaycanda "Digital Nomad Visa" tətbiq oluna bilər
Azərbaycanda “Digital Nomad Visa” (rəqəmsal köçəri vizası) mexanizminin tətbiqi gündəmə gəlib.
Tədbirlər:
INMerge vaxt dəyişikliyi ilə bağlı elan verdi. 30 noyabr - 1 dekabr tarixlərində olacaq.
Lokal icma görüşlərin “Coffee & Meet” 23 iyulda baş tutacaq.
“Səhv Qərarların Dəyəri” başlıqlı istifadə təcrübəsinə aid bir seminar keçiriləcək.
Texnologiya və Süni İntellekt
OpenAI
ChatGPT Atlas “browser”-ini bağlayır.
GPT-Live: Yeni səs əsaslı modelini tanıtdı.
GPT-5.6 model ailəsini istifadəyə verdi.
Google
Video Remix: Google Photos-dan videolar hazırlayan xüsusiyyət.
Süni İntellekt ilə hazırlanan reklamlar xüsusi qeyd olunacaq.
Meta
Muse Image: Meta Superintelligence Labs tərəfindən hazırlanan vizual (şəkil) hazırlama modeli istifadəyə verilib.
S.İ. eynəyi: istifadəçilərin eşitdiyi və gördüyü hər şeyi yaddaşında saxlayacaq eynək üzərində çalışır.
SpaceXAI
xAI adını dəyişib SpaceXAI etdi.
Grok 4.5 - kodlama üçün hazırlanan modeli təqdim etdi. Yəqin ki, növbəti həftələrdə Cursor-a da inteqrasiyasını oxuyarıq.
Claude Cowork mobile və web-də
Cowork-un istifadə sahəsi genişlənir.
Microsoft 4800 nəfəri işdən çıxarır
Xbox və satış komandaları bu işdən çıxarmanın ən çox təsir edəcəyi bölmələr.
Notion - Agents
iPhone üçün hazırlanan yeni tətbiqini istifadəyə verib. S.İ. agentləri hazırlamağa imkan verir.
Figma “Bud”ın komandasını alır
Vibe-coding məhsulu olan Bud bağlanacaq və komandası Figma xidmətlərinin inkişafı üçün çalışacaq.
Seedream 5.0 Pro
ByteDance yeni vizual hazırlama modeli “Seedream 5.0 Pro”nu tanıtdı.
Perplexity “Teammate”
Perplexity “Claude Code” və “Codex” kimi kodlamada istifadə olunacaq bir alət üzərində işləyir.
İnvestisiyalar
SambaNova $1 milyard aldı. Dəyəri $11 milyard oldu. (AI)
Even Realities $150 milyon aldı. Dəyəri $1 milyard oldu. (Smart glasses)
Robotera $148 milyon aldı. (Robotics)
Prime Intellect $130 milyon aldı. Dəyəri $1 milyard oldu. (AI)
Oxylabs $130 milyon aldı. Dəyəri $3.6 milyard oldu. (Data)
Norm.ai $120 milyon aldı. Dəyəri $1.2 milyard oldu. (AI)
Pearl $110 milyon aldı. (Health)
Gradium $100 milyon aldı. (AI voice)
Venus Aerospace $91 milyon aldı. (Engine)
Omen AI $41.5 milyon aldı. (AI analyze)
Monogram $40 milyon aldı. (AI interface)
Bespoke Labs $40 milyon aldı. (AI agents)
İzlədiklərim, dinlədiklərim
Texnologiyadan kənar
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:



