Yerli bazar üçün qeydlərim
IDDA-nın birinci yarımil göstəriciləri
Rəqəmsal səriştələrin inkişafı:



Digital məhsullar üzrə ümumi statistika:



mygov üzrə göstəricilər:




Nüvə tədqiqatları üzrə göstəricilər:


“SİMA Pay” “PAŞA Bank” POS-terminallarında
POS-terminal üzərindən üz tanıma ilə “SİMA Pay” ödəniş qəbulu “PAŞA Bank” POS-terminallarında pilot versiyada aktivləşdirildi.
“Push30” 12 milyon dollar gəlirə çatıb
Təsisçinin müsahibəsini oxudum.
“m10” aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
İstifadəçinin m10 Platformasında açılmış ödəniş hesabı üzrə son ödəniş əməliyyatı tarixindən etibarən ardıcıl 12 (on iki) ay müddətində heç bir ödəniş əməliyyatı həyata keçirilmədiyi təqdirdə, “PashaPay” həmin hesabı qeyri-aktiv hesab kimi təsnif edir.
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq
İRİA ilə Polygraf AI arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
ABB iTicket ilə əməkdaşlığa başlayır.
ABB mobil tətbiqində həyat tərzi xidmətlərini artırır. səyahət xidmətlərindən sonra indi də bilet satışını iTicket ilə edəcək.
Azərbaycanda “Temu” barəsində iş qaldırılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Temu platformasının sahibi PDD Holdings şirkəti barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Bolt Azərbaycanda ambulans sifarişi xidmətini istifadəyə verəcək
Yeni Bolt Ambulans xidməti ilk mərhələdə özəl xəstəxanalarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. İstifadəçilər tətbiq vasitəsilə yaxınlıqdakı ambulansı sifariş edə, onun hərəkətini real vaxt rejimində izləyə və hadisə yerinə çatma müddətini görə biləcəklər.
Pulz.az veb-saytını istifadəyə verib
Bir növ Hesab.az layihəsinin yeni reallıqlara adaptasiyası kimi nəzərdə tutulan Pulz.az layihəsi veb-saytını istifadəyə verib.
Məktəblərdə AI sistemləri tətbiqi üçün 2,5 milyon manatlıq layihə!
Elm və Təhsil Nazirliyi təhsil sistemində süni intellekt həllərinin tətbiqi üçün tender elan edib. Layihənin ehtimal olunan dəyəri 2 milyon 499 min manat təşkil edir.
Avtomobillər üçün rəqəmsal tarixçə sistemi yaradıla bilər!
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur. Bu sistemdə avtomobilin ölkəyə girişindən etibarən qəza, təmir və istifadə məlumatlarının vahid platformada toplanması nəzərdə tutulur.
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
“103” xidmətində süni intellekt dövrü başlayır – təcili yardım daha tez çatacaq. “103”ə edilən zəngləri süni intellekt avtomatik təhlil edəcək, zəng edənlərin yeri daha dəqiq müəyyən ediləcək.
Texnologiya və Süni İntellekt
Google
NotebookLM adını Gemini Notebook olaraq dəyişir.
Üçüncü tərəf tətbiq mağazalarına icazə veriləcək.
Google işçiləri AI ucbatından işdən çıxarılmalara qarşı etiraz aksiyası keçirdi.
Apple
SigScalr-ın strateji varlıqlarını satın alıb.
Apple OpenAI-ı məhkəməyə verdi.
OpenAI ilk fiziki cihazını təqdim edib
Codex Micro adlı cihaz AI agentlərini idarə etməyə kömək edir.
Claude əmr aldığı dilə görə fərqli cavab verə bilir
Anthropic bu iddiaları təsdiq etdi.
Thinking Machines Lab ilk modelini təqdim edib
Inkling adlı model open-weight formatındadır və şirkətlər onu yükləyib öz ehtiyaclarına görə dəyişə biləcək.
Uber “Delivery Hero”nu alır
Təqribi 13 milyard avrodan çox dəyər ilə şirkəti Uber alacaq.
Stripe Paypal-ı almaq istəyir
Sövdələşmə məbləğinin 53,4 milyard dollar olduğu deyilir.
Hyundai “Boston Dynamics”i satın alıb
Çox hissəsi onsuz da Hyundai şirkətinə məxsus idi. Ancaq bu dəfə bütün qərarvermə səlahiyyətlərini özünə birləşdirəcək qədər payı satın alır. Zavodlarda artıq Boston Dynamics-ə məxsus robotlar işləyəcək. Hətta işçilərin bunun üçün etiraz aksiyası keçirdiyi bildirilir.
Roblox-da AI ilə oyun hazırla
Mobil tətbiqində AI köməyi ilə oyun hazırlama imkanı verəcək.
Telegram-ın t.me domaini bloklanıb
Telegram-ın t.me qısa keçid domeni reyestr səviyyəsində serverHold statusu aldığı üçün brauzerlərdə işləməyib. Nəticədə kanal, profil və paylaşım keçidləri bir çox istifadəçi üçün açılmayıb.
İnvestisiyalar
Neko Health $700 milyon aldı. (Health)
PixVerse $439 milyon aldı. (AI video)
Oratomic $300 milyon aldı. (Quantum computers)
Fora $60 milyon aldı. Dəyəri $1 milyard oldu. (Travel tech)
MicroAGI $55 milyon aldı. (Robotics)
Augmodo $21 milyon aldı. Dəyəri $350 milyon oldu. (AI devices)
İzlədiklərim, dinlədiklərim
Texnologiyadan kənar
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:



