Yerli bazar üçün qeydlərim
Bir Ecosystem “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Bir CNBC və Statista-nın qlobal reytinqində neobankinq kateqoriyası üzrə dünyanın aparıcı fintex şirkətlərindən biri seçilib.
Eyni zamanda “UnionPay” ilə də əməkdaşlığa başlayıblar.
T-Bank Azərbaycan ödənişləri üçün QR kod aktiv edildi
Beynəlxalq ödənişlərdən çıxan Rusiya Visa və Mastercard əvəzləmək üçün yaxın ölkələrdə QR ödənişlərini işə salıb.
INMerge startup qəbuluna başlayıb.
Son müraciət tarixi isə 15 sentyabrdır. Rəsmi saytdan müraciət edə bilərsiniz.
“Xsolla–IDDA Game Incubation Program 2026” uğurla yekunlaşıb.
4 komanda qalib elan olunub:
Avalorix Interactive - Fractunum
BloodBuzz Studio - BloodBuzz
VIA Studio - Domino Royale
Massive Dreamers Studio - Hotel California
Klipy & Lovable
Azərbaycan investisiyası olan, Gürcüstanın Klipy startup-ı Lovable ilə inteqrasiya prossesini başa çatdırıb.
Texnologiya və Süni İntellekt
OpenAI
ChatGPT Health bütün ABŞ istifadəçiləri üçün əlçatan olub.
2030-a qədər məlumat hesablama imkanını artırmaq üçün 750 milyard dollar xərcləyəcək.
Ötən həftələrdə OpenAI S.İ. agentinin Hugging Face-ə icazəsiz müdaxiləsindən sonra iki şirkət arasında təhlükəsizlik ilə bağlı əməkdaşlıq olacaq.
Anthropic
Claude Opus 5 istifadəyə verildi. Bəzi testlərdə Fable 5 qədər güclü olduğu deyilir. Özləri daha ucuz Fable 5 kimi tanıtdılar.
Piratlıq ilə bağlı məhkəmə prosesi üçün 1.5 milyard dollarlıq razılıq əldə olunub. Məhkəmənin məğzi isə ondan ibarət idi ki, Claude-u öyrətmək üçün kitablardan icazəsiz istifadə edilib.
Google
Gemini ailəsinə 3 yeni model əlavə edilib: 3.6 Flash, 3.5 Flash-Lite və 3.5 Flash Cyber
Frozen v2: Gemini modellərinin daha məhsuldar olması üçün yeni çip hazırlayırlar.
Alphabet (Google) 2-ci rüb gəlirləri haqqında da məlumat açıqlayıb: $119,8 milyard
Tesla-nın 2-ci rüb gəlirləri açıqlanıb
2-ci rübdə $28,2 milyard gəlir əldə edib.
Netflix Ben Affleck-in şirkətini aldı
Razılaşma əvvəldən olmuşdu. İndi maliyyə rəqəmləri də açıqlanıb. InterPositive üçün $587 milyon ödəyiblər. Şirkət AI əsaslı film şirkətidir.
Jack Dorsey-dən Buzz
Twitter-in qurucusu J.Dorsey Slack-a bənzər, ancaq AI agentləri də komandaya aktiv qatan yeni startup-ını təqdim edib.
Midjourney ulduz falı şirkətini aldı
Türk əsilli Banu Guler tərəfindən yaradılan şirkəti alandan sonra Banu xanımı dizayn komandasına rəhbər təyin ediblər.
İnvestisiyalar
Databricks $3 milyard aldı. Dəyəri $188 milyard oldu. (Data)
CuspAI $450 milyon aldı. Dəyəri $2.6 milyard oldu. (AI)
Etched $300 milyon aldı. Dəyəri $10.3 milyard oldu (AI)
Sila $300 milyon aldı. (Battery)
Natural $30 milyon aldı. (AI agents)
Yope $12.3 milyon aldı. (Social network)
İzlədiklərim, dinlədiklərim
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:


