Yerli bazar üçün qeydlərim
“AzerTelecom” və “Telecom Armenia” müqavilə imzalayıb
“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
Azərbaycana ən çox pul köçürülən 3-cü ölkə İrlandiya
Avropa İttifaqı ölkələri arasında ən böyük mənbə İrlandiya olub. Bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcmi 24.59 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 3.14 mln. dollarla müqayisədə təxminən 7.8 dəfə çoxdur.
Bunun isə ən böyük səbəbi online dövriyyədir. Demək olar ki, bütün böyük texnologiya şirkətlərinin Avropa ofisləri İrlandiyada yerləşir. Sosial media və freelance qazancları da əsasən böyük texnologiya şirkətlərinin İrlandiya ofislərindən gəlmiş olur.
“Bir” və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.
mygov inter paketi olmadan da işləyir
Telefonda internet paketi olmadan, sadəcə aktiv nömrə ilə də mygov-u istifadə etmək mümkündür.
Ozon Azərbaycanda çatdırılmanı pulsuz etdi
Şirkət sifarişlər üzrə əvvəllər tətbiq olunan 1,99 manatlıq sabit çatdırılma ödənişini ləğv edərək çatdırılmanı tamamilə pulsuz edib. Bununla yanaşı, marketpleysin vitrini tam şəkildə Azərbaycan dilinə uyğunlaşdırılıb.
Azericard istifadə edən banklarda yaşanan nasazlıq
Ötən həftə Azericard ilə işləyən bankların kartlarında müəyyən dövr üçün olan tranzaksiyalar təkrar işləmiş və hesablardan əlavə pul çıxılmışdı. Bu güman ki, gözdən qaçan texniki nasazlıq nəticəsində baş vermişdi. Qısa müddət ərzində də, hesablar bərpa edildi.
Texnologiya və Süni İntellekt
OpenAI
Patch the Planet: open source ekosistemində olan boşluqların aradan qaldırılması üçün elan edilən proyekt.
Jalapeño: OpenAI və Broadcom LLM-lər üçün çip istehsal edəcəklər.
Anthropic
Claude Tag: Claude-ni Slack içində komanda yoldaşı kimi istifadə etməyə kömək edir.
Claude-nin ödəniş edən müştəri sayı Yanvardan bu yana 75% artıb.
Meta
Meta öz brendi ilə olan Meta Adventurer, Meta Fury və Meta Glasses by Kylie eynəklərini Meta Glasses seriyası adı altında $299-dan başlayan qiymətlər ilə satışa başlayır.
Creator Studio: məzmun istehsalçıları üçün S.İ. asistenti kimi müstəqil tətbiq elan etdi.
Google
Google Finance: S.İ. əsaslı analizlər və statistikaları özündə cəmləşdirən yeni finans tətbiqi istifadəyə verilib.
Play Store yeni gəlir paylaşım faiz nisbətlərini açıqlayıb.
Apple qiymətləri qaldırdı
Xüsusən Macbook və iPad qiymətlərində artım oldu. Bunu da süni intellektə görə çip-lərin bahalaşması əsas gətirildi.
Figma yeni xüsusiyyətlərini təqdim etdi
Bu yeniliklərdən xüsusi diqqət çəkən Code layers və Figma Motion oldu.
Binance Avropa İttifaqında fəaliyyətini dayandırır
Aİ-də fəaliyyət üçün MiCA lisenziyası almaq lazımdır. Yunanıstan üzərindən bu lisenziyaya müraciət edən Binance bu lisenziyanı ala bilməyib.
İnvestisiyalar
Stark €500 milyon aldı. Dəyəri €3.5 milyard oldu. (Defence)
Nearfield Instruments $380 milyon aldı. Dəyəri $1.6 milyard oldu. (Chip)
General Intuition $320 milyon aldı. Dəyəri $2.3 milyard oldu. (AI)
Assort Health $20 milyon aldı. Dəyəri $1.2 milyard oldu. (Health)
Patronus AI $50 milyon aldı. (AI)
Aether AI $20 milyon aldı. (AI)
Causa Prima $10 milyon aldı. (AI wrapper)
İzlədiklərim, dinlədiklərim
Texnologiyadan kənar
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:


